Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiya və Ukrayna xüsusi xidmət orqanları daim əlaqə saxlayır” –

User 27 Noyabr 2025 - 22:09 (Last updated: 27 Noyabr 2025 - 22:09)
putin0

Rusiya və Ukrayna xüsusi xidmət orqanları münaqişəyə baxmayaraq, bir-biri ilə daim əlaqə saxlayır və hərbi əsirlərin mübadiləsi də daxil olmaqla humanitar məsələlər üzrə əməkdaşlığı davam etdirirlər.

Bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib. O vurğulayıb ki, iki ölkənin xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq ən çətin dövrlərdə belə dayanmayıb.

“Bizim xüsusi xidmət orqanlarımız həmişə bir-biri ilə əlaqədə olublar və hazırda da əlaqədədirlər”, – deyə Rusiya Prezidenti qeyd edib.

Putin, həmçinin bu cür görüşlər üçün Əbu-Dabi platformasının fəal şəkildə istifadə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, BƏƏ-də keçirilmiş son görüş Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

“Orada qeyri-adi və ya məxfi heç nə baş vermədi. Rusiya tərəfindən həmin görüşdə Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri iştirak edirdi”, – deyə o bildirib.

Rusiya Prezidenti, həmçinin göstərilən yardıma görə BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib.

AzPost.az

Post navigation

Previous: Arayik və digərlərinin məhkəməsində vəkillər bəraət verilməsini istəyiblər
Next: Ukrayna və ABŞ nümayəndələri sülh planını müzakirə edəcək

Oxşar xəbərlər

pezeskian
  • Dünya

Pezeşkian ABŞ-a şərt qoydu – İranla danışıqlar üçün əvvəlcə nə dəyişməlidir?

User 21 Oktyabr 2026 - 10:13
uitkoff
  • Dünya

Uitkoff yenidən Rusiyaya yola düşdü – Zelenski Putinə hansı təklifləri göndərir?

User 21 Oktyabr 2026 - 10:10
zelenski vitkoff avropa gorus
  • Dünya

Zelenski Trampın elçiləri ilə sülh məsələsini müzakirə edib

User 18 Oktyabr 2026 - 23:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.