“Almaniyanın Rusiyaya qarşı heç bir müharibə planı yoxdur” –Müdafiə Nazirliyi

“Almaniyanın Rusiyaya qarşı heç bir müharibə planı yoxdur“.

AzPost bildirir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristian Noak DW-yə bildirib.

Qeyd edək ki, 26 noyabrda The Wall Street Journal qəzetində Bundesverin Əməliyyat Planı Almaniya (OPLAN DEU) haqqında məlumat yayılıb. Məqalənin adı “Almaniyanın Rusiya ilə müharibə üçün gizli planı”dır.

DW-nin sorğusuna cavab olaraq rəsmi şəxs bəyan edib ki, Bundesver Rusiyaya qarşı heç bir müharibə planı hazırlamayıb. Onun sözlərinə görə, OPLAN DEU “Almaniya ərazisində milli və NATO ittifaq müdafiəsinin hərbi komponentlərini lazımi mülki dəstək ilə birləşdirir və alyansın Almaniyadakı ehtiyaclarını (məsələn, logistika mərkəzi kimi), eləcə də hərbi-mülki əməkdaşlığı nəzərə alır.”
“Bu, məxfi sənəddir.” -deyə Noak bildirib ki, milli təhlükəsizlik səbəblərinə görə sənədi hardansa yükləmək mümkün deyil. O, əlavə edib ki, Almaniya NATO ölkəsi olaraq alyansın planlarını rəhbər tutur və onların hazırlanmasında fəal iştirak edir. Lakin 1400 səhifəlik OPLAN DEU milli Alman planıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.