BYD 89 min hibrid avtomobilini geri çağırır

Çinin BYD konserni 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızına qədər istehsal olunmuş 89 min ədəd “Qin Plus DM” hibrid modelini yerli bazardan geri çağırır.

Trend xəbər verir ki, bu barədə məlumatı Carnewschina.com yayıb.

Bildirilib ki, avtomobillərin bir hissəsində batareya modullarının səhv yığılması ehtimalı var. Bu nasazlıq çıxış gücünün azalmasına səbəb olur və ekstremal şəraitdə avtomobilin tam elektrik rejimində hərəkəti tamamilə dayandırmasına gətirib çıxara bilər ki, bu da təhlükəsizlik baxımından risk yaradır.

Dilerlər geri çağırılan “Qin Plus DM” modellərinin sahiblərinə proqram təminatının yenilənməsinin vacibliyi barədə məlumat verəcəklər. Bütün texniki işlər pulsuz aparılacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.