“Putin və Vitkoff arasındakı görüş lazım olduğu qədər davam edəcək.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Kremldə keçiriləcək görüşdə Amerika nümayəndə heyətinin tərkibini də açıqlayıb. Qeyd edib ki, Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu gün Putinlə görüşəcək amerikalı danışıqçılar olacaq.