Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Antarktida üzərindəki ozon dəliyi qeyri-adi şəkildə tez bağlanıb

User 03 Dekabr 2025 - 08:22 (Last updated: 03 Dekabr 2025 - 08:19)
antraktida

Antarktida üzərindəki ozon dəliyi bu il 2019-cu ildən bəri ən erkən müddətdə bağlanıb.

Bu barədə Avropa İttifaqının Yer atmosferinə nəzarət proqramı olan “Copernicus” Atmosfer Monitorinq Xidmətinin (CAMS) məlumatında bildirilib. Bildirilib ki, ozon dəliyi dekabrın 1-də tamamilə bağlanıb. Bundan əlavə, ozon dəliyi ardıcıl ikinci ildir ki, nisbətən kiçik ölçüdə müşahidə olunur. Alimlər bunu ozon təbəqəsinin bərpa olunmasına dair ümidverici əlamət kimi qiymətləndiriblər.

Həmçinin, qeyd edilib ki, ozon dəliyinin ən geniş yayıldığı sentyabrda onun sahəsi təxminən 21 milyon kvadratkilometr olub. Müqayisə üçün 2023-cü ildə bu göstərici 26 milyon kvadratkilometrə yaxın idi. Noyabrda dəliyin sahəsi nəzərəçarpacaq dərəcədə kiçilib. Bu il ozon dəliyinin həm daha kiçik, həm də daha tez bağlanmasına bir sıra amillər, o cümlədən Antarktida üzərində stratosferdə ümumi ozon miqdarının daha yüksək olması təsir edib. Buna baxmayaraq, mütəxəssislərin fikrincə, ozon təbəqəsinin tam bərpası üçün hələ bir neçə onillik tələb olunacaq.

Qeyd edək ki, ozon Yer kürəsini Günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyan əsas təbəqədir. Onun qalınlığının azalması insanların və heyvanların immun sistemini zəiflədə, dəri xərçəngi və göz zədələri riskini artıra bilər. Bu təsir, həmçinin bitkilərin inkişafının zəifləməsinə və məhsuldarlığın azalmasına səbəb ola bilər./Azərtac/

AzPost.az

Post navigation

Previous: Ukrayna ilə bağlı hələlik kompromis variantı tapılmayıb –
Next: Ukrayna danışıqlarında əsas mübahisəli məqam Donetskin 20 faizidir-

Oxşar xəbərlər

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
burcler
  • Maraqlı

2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq

User 27 Oktyabr 2026 - 20:22

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.