Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatır

User 03 Dekabr 2025 - 10:37 (Last updated: 03 Dekabr 2025 - 10:37)
qeza tey01

Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Aktau Hava Limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq son mərhələdədir, nəticələr 2025-ci ildə və ya 2026-cı ilin əvvəlində təqdim edilə bilər.

APA-nın “Zakon.kz”ya istinadən xəbərinə görə, bu barədə bu gün Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişini şərh edərkən bildirib.

Onun sözlərinə görə, istintaq iki hissəyə bölünür. Baş Prokurorluğun apardığı cinayət araşdırması var ki, Qazaxıstan tərəfi rusiyalı və azərbaycanlı həmkarları ilə əlaqə saxlayır: “İkinci hissə isə Nəqliyyat Nazirliyinin istintaqı ilə bağlıdır. Nəqliyyat Nazirliyinin istintaqı son mərhələdədir. Buna görə də, biz indi lisenziyalaşdırıcılardan və ya texnologiya sahiblərindən, hava naviqasiya cihazlarından və s. son nəticəni gözləyirik”.

Baş Prokurorluğun istintaqına gəlincə, Bozumbayev qeyd edib ki, “orada da irəliləyiş var”.

“Siz qonşu dövlətlərin müxtəlif liderlərinin bəyanatlarını görmüsünüz. Buna görə ümid edirik ki, gələn il də orada (istintaq) başa çatacaq”, – Baş nazirin müavini əlavə edib.

Bundan əvvəl Bozumbayev bildirib ki, istintaqla bağlı yekun hesabat ilin sonuna qədər hazır olmalıdır, çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatının reqlamenti istintaq qarşısında bu cür tələblər qoyur.

Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. Hadisə Azərbaycanın və Rusiyanın münasibətlərində gərginlik yaratmışdı, çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi bildirilib.

AzPost.az

Post navigation

Previous: Rəsmi “Azərbaycan” qəzeti saxta foto dərc edib –
Next: ABŞ-ın briqada generalı Azərbaycana gəlib

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.