NATO ölkələri Ukrayna üçün 4 milyard dollar dəyərində silah alacaq.
AzPost bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə alyansın xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
Vəsaitlər 2025-ci ilin yayından bəri NATO və ABŞ prezidenti Donald Tramp arasında bağlanmış müqaviləyə əsasən qüvvədə olan PURL (Ukrayna üçün prioritetləşdirilmiş tələblər siyahısı) proqramı çərçivəsində təmin ediləcək.
İlk dəfə olaraq NATO tərəfdaş ölkələri Avstraliya və Yeni Zelandiya bu satınalmalarda iştirak edəcək. Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Almaniya da öz növbəsində ilin sonuna qədər Ukrayna üçün Amerika silahlarının alınmasına əlavə 200 milyon dollar ianə edəcək.