Ermənistan xaricdən sement idxalına qadağa qoyub

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 75

Ermənistan altı ay müddətinə xaricdən sement idxalına məhdudiyyət tətbiq edib.

AzPost bildirir ki, müvafiq qərar 4 dekabrda hökumətin iclasında qəbul edilib.

Əsaslandırmada deyilir ki, 2024-cü ildə Ermənistanda sement istehsalı (1,05 milyon ton) 2023-cü illə müqayisədə 7,3%, 2025-ci ilin birinci yarısında (398,1 min ton) isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,1% azalıb.

Ermənistan sement istehsalçılarının istehsal gücü təxminən 2,5 milyon tondur.  Bu da daxili sement bazarının tələbatını (1,4-1,5 milyon ton) üstələyir.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, üçüncü ölkələrdən sement idxalının həcmi artıb. Nəticədə, yerli sementin rəqabət qabiliyyəti daha da aşağı düşüb və bu da yerli sement istehsalçılarının maliyyə vəziyyətini pisləşdirib.

Qanun layihəsinin qəbul edilməsi yerli sement istehsalçıları ilə idxalçılar arasında sağlam rəqabətin təmin edilməsinə kömək edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.