Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Mərkəzi Bankın verdiyi qərarlar Azərbaycanda işləmir” –

User 10 Dekabr 2025 - 13:29 (Last updated: 10 Dekabr 2025 - 13:29)
Mərkəzi Banka yeni baş direktor

Mərkəzi Banka yeni baş direktor

“Azərbaycanda iqtisadi sistem, bazar alətləri və institutlarının zəif olduğuna görə Mərkəzi Bankın faiz qərarlarının iqtisadiyyata təsirləri çox az olur“.
AzPost bildirir ki, bu sözləri iqtisadçı -ekspert Natiq Cəfərli Mərkəzi Bankın  faiz dəhlizinin bütün parametrləri üzrə azaltmaqla bağlı qərarını şərh edərkən deyib.
Xatırladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.
N.Cəfərlinin sözlərinə görə, adətən dünyada Mərkəzi Banklar faizi aşağı salanda pul (likvidlik) bolluğu artır, kredit faizləri aşağı düşür: “Bu formul Azərbaycanda işləmir. Məsələn, 2014-cü ildə uçot dərəcəsi 3,5% olub, amma, istehlak və biznes kreditləri ikirəqmli idi, 14-24% arası dəyişirdi. Devalvasiyalardan sonra, 2016-17-cı illərdə MB-ın uçot dərəcəsi 15% olsa da kredit faizləri 18-28% arası dəyişirdi. Yəni, uçot dərəcəsi 2 ildə 5 dəfəyə yaxın artdı, amma, kreditlərin faizi cəmi 4-5% arası artım göstərdi. 2019-da uçot dərəcəsi 9% civarında idi, kredit faizləri isə ciddi azalma göstərmədi”.
Ekspertin fikrincə, bu gün Azərbaycanda uçot dərəcəsi lap 4-5% də olsa, kreditlər ucuzlaşmayacaq: “Kreditin ucuzlaşması üçün depozit faizləri də azalmalıdır. İndi banklar 9-10% civarında depozitə faiz verirlər, onlar bu faizi 3-4%-ə salsalar, banklara pul qoyan olmayacaq, sərbəst pul kütləsi valyutaya gedəcək”.
N.Cəfərli deyib ki, Azərbaycanda Mərkəzi Bankın requlyativ alətlətlərinin işlək və iqtisadiyyata müsbət təsirlərinin olması üçün ilk növbədə indiki iqtisadi model dəyişməlidir.

AzPost.az

Post navigation

Previous: Azərbaycan mallarının Ermənistandan Türkiyəyə ixracı üzrə müzakirə aparılır
Next: Sabiq Baş prokuror və müavini bir yerdə Fəxri Xiyabana gəldilər –

Oxşar xəbərlər

Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.