“Bilmirəm, Nəriman haqda nə deyim” – Qurban Qurbanov

“Bilmirəm, Nəriman haqda nə deyim. Bəlkə, hansısa fikir desəm, azarkeşə qarşı çıxmış olacağam”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Ayaks”a 2:4 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis gənc oyunçu Nəriman Axundzadənin çıxışından narazı qalan azarkeşlərə deməyə sözü olmadığını bildirib:

“Əlbəttə ki, daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olmuşam, yenə də olacağam. Azarkeşlərin narazılığına verəcək cavabım yoxdur. Sadəcə daha yaxşı oynaya bilərdi”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.