Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Azərbaycanla ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik” –

User 16 Dekabr 2025 - 23:45 (Last updated: 16 Dekabr 2025 - 23:55)
İrakli Kobaxidze

İrakli Kobaxidze

“Hamıya yaxşı məlumdur ki, Azərbaycan Gürcüstanın xüsusi dostudur”.

APA-nın yerli bürosu xəbər verik ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O, Türkmənistanda azərbaycanlı həmkarı ilə çox səmimi görüşün və söhbətin olduğunu qeyd edib.

“Gürüstan və Azərbaycan hökumətləri arasında olduqca yaxşı münasibətlər qurulub. Buna əsaslanaraq, inanıram ki, biz istənilən məsələdə ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik”, – Kobaxidze əlavə edib.

Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə daşınmalara gəlincə, baş nazir bildirib ki, tranzitin hansı formada həyata keçiriləcəyi danışıqların predmetidir:

“Bizim üçün şübhəsiz ki, həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqlarını nəzərə almaq vacibdir. Bizim öz maraqlarımız da var. Hesab edirəm ki, danışıqlar əsasında hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq”.

 

Kobaxidze həmçinin Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə də münasibətlərin inkişafına xüsusi diqqət ayırdığını deyib.

“Nəqliyyat və tranzit infrastrukturunu inkişaf etdirmək vacibdir. Bunu Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistan olmadan uğurla həyata keçirmək mümkün deyil”, – Kobaxidze əlavə edib.

O, bu yaxınlarda Türkmənistanda Qazaxıstan Prezidenti, Azərbaycanın baş naziri və digər liderlərlə keçirdiyi görüşlərin bu kontekstdə çox vacib olduğunu qeyd edib:

“Regionun bütün ölkələrlə həm siyasi, həm də iqtisadi baxımdan sıx əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyətə malikdir. Biz bütün istiqamətlər üzrə əməkdaşlıq barədə danışdıq. İstər Türkmənistan qazının tranziti, istərsə də Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə ticari-iqtisadi münasibətlərin müzakirəsini apardıq. Biz bütün istiqamətlər üzrə və müvafiq qurumlar səviyyəsində fəal iş aparırıq”.

AzPost.az

Post navigation

Previous: Parlamentdə dava düşdü, qadın deputatlar saçyolduya çıxdı –
Next: Rusiyanın sabiq xarici işlər nazirinin atası Saatlıda niyə dəfn edilib? –

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.