Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir

User 24 Dekabr 2025 - 11:56 (Last updated: 24 Dekabr 2025 - 11:56)
dini forum

Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir.

APA xəbər verir ki, forumda müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışı zamanı bildirib ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır.

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş bildirib ki, hazırda bir çox bölgələrdə münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də din qurumlarının birlikdə işləməsinin və birgə layihələr hazırlanmasının vacibliyini vurğulayıb.

Bakıda Azərbaycan Din Xadimlərinin II Forumunun açılışında çıxış edən Özbəkistan prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Özbəkistan Respublikası nümayəndə heyətinin bu nüfuzlu beynəlxalq forumda iştirakına dəvətə, habelə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə səmimi minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanın dövlət və din arasında tarazlaşdırılmış münasibətlərin təmin edilməsi sahəsində təcrübəsi diqqətəlayiqdir.

Tədbirdə Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Yernur Aietkenov isə çıxışında Qazaxıstanın polietnik və çoxkonfessiyalı dövlət kimi dinlərarası razılaşma və vicdan azadlığını təmin etdiyi vurğulayıb. O bildirilib ki, ölkənin dünyəvi quruluşu və dini azadlıq prinsipləri uzunmüddətli tarixi ənənələrə və zəngin mənəvi irsə əsaslanır.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini Salman Musayev bildirib ki, Azərbaycanda televiziya məkanında din xadimlərinin çıxış etmək imkanı məhduddur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur . O qeyd edib ki, forumda yalnız bir dini mənsubiyyətə və ya konfessiyaya aid din xadimləri deyil, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların və dini icmaların nümayəndələri iştirak edirlər: “Forumda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə yanaşı, rus pravoslav və gürcü pravoslav kilsələrinin, lüteran kilsəsinin, eləcə də digər xristian dini icmalarının təmsilçiləri iştirak edir. Forumun məqsədi dini sahəyə dair aktual mövzuları müzakirə etməkdir”.

Qeyd edək ki, forum “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr olunub.

AzPost.az

Post navigation

Previous: Beyin niyə bizi zəngli saatdan bir neçə dəqiqə əvvəl oyadır?
Next: Ankarada qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu tapılıb

Oxşar xəbərlər

seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.