Onlayn alverdə süni intellektdən istifadə halları artıb

Süni intellekt (Sİ) Çexiyada istehlakçıların onlayn alış-veriş davranışına getdikcə daha güclü təsir göstərir.

AZƏRTAC xəbər verir ki, “Dnes.cz” platformasının son araşdırmasına əsasən, alıcıların 49 faizi artıq onlayn məhsul axtarışı və seçimi zamanı süni intellekt alətlərindən istifadə edir.

Bu texnologiyalara ən çox gənclər müraciət edir. 18 yaşdan aşağı respondentlər arasında istifadə səviyyəsi 95 faizdir. 18-24 yaş qrupunda bu göstərici təxminən 80 faiz, 25–54 yaş aralığında 60–70 faiz, 55 yaşdan yuxarı alıcılar arasında isə təxminən 50 faiz təşkil edir.

Respondentlərin 44 faizi məhsulları müqayisə etmək, 42 faizi əsas xüsusiyyətləri anlamaq, 28 faizi isə daha sərfəli qiymət tapmaq üçün Sİ-dən yararlanır. Platformanın icraçı direktoru Adam Herd bildirib ki, bu cür alətlər faydalıdır, lakin məlumatlar etibarlı mənbələrlə yoxlanmalıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.