Zelenskinin ABŞ-a səfəri gözlənilir –Proqram açıqlanmır

Ukrayna lideri Vladimir Zelenski yaxın günlərdə ABŞ-a səfəri gözlənilir. O, prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Floridadakı Mar-a-Laqo iqamətgahına gedə bilər.

AzPost-un məlumatına görə, “Kiev Post” qəzeti adı açıqlanmayan diplomatik mənbələrə istinadən xəbər verir. Zelenskinin səfərinin dekabrın 28-də baş tutacağı gözlənilir.

Mənbə bildirib ki, Zelenski və Trampın Mar-a-Laqodakı danışıqları son dərəcə vacibdir. Dəqiq səbəb göstərilməyib. Lakin məsələnin hələ də həll olunmaya biləcəyi vurğulanıb.

“Əgər hər şey plana uyğun gedərsə, səfər dekabrın 28-də baş tuta bilər”- deyə “Kiev Post” qəzeti yazıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.