ABŞ-da işçi sinfi arasında prezident Donald Trampın reytinqi rekord həddə düşüb.
AzPost Newsweek jurnalına istindən bildirir ki, YouGov Sosioloji Tədqiqatlar İnstitunun sorğusuna görə, ildə 50.000 dollara qədər qazanan amerikalıların yalnız 31%-i Trampın prezident kimi fəaliyyətini bəyənir, 65%-i isə bəyənmir.
Trampın siyasətinin bəyənənlər sırasında isə daha yüksək gəlirli ABŞ vətəndaşlarının sayı çoxdur: ildə 100.000 dollardan çox qazananların 40%-i Trampı müsbət qiymətləndirir, 51%-i isə əks fikirdədir.
Newsweek jurnalı Trampın reytinqinin aşağı düşməsinin əsas səbəbi kimi ABŞ-da mənzil alışı ilə bağlı əlçatanlığdakı problemləri göstərir. Nəşr qeyd edir ki, bu, Respublikaçılar Partiyasının 2026-cı il seçkilərindəki uğuruna birbaşa təsir edə bilər. Həmçinin Donald Trampın prezidentlik müddətinin “ikinci yarısına” da…
Trampın aprel ayında, vəzifədə olduğu ilk 100 gündən sonra bəyənmə reytinqi 80 ildə ən aşağı səviyyədə – 55% olub. Ipsos, ABC News və The Washington Post tərəfindən aparılan birgə sorğu nəticəsində məlum olub ki, respondentlərin 67%-i Trampın fond bazarının çöküşü ilə bağlı davranışından narazıdır, 64%-i xarici idxal tariflərini dəstəkləmir, 61%-i isə ABŞ-ın xarici siyasətindən narazılığını bildirib.