İsveçrədə barda partlayışda 40 nəfər ölüb, 100 nəfər yaralanıb

İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda baş verən partlayış və yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.

Bu barədə Le Nouvelliste nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, fəlakət nəticəsində təxminən 40 nəfər həyatını itirib, 100-ə yaxın insan yaralanıb.

RTS telekanalının mənbəsinin verdiyi məlumata görə, xəsarət alanların bir çoxu ağır yanıq xəsarətləri alıb.

Partlayışın səbəbləri hələlik məlum deyil.

İsveçrə polisi hadisənin terrorla əlaqəli olmadığını açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Yeni il gecəsi İsveçrənin Kran-Montana şəhərində yerləşən The Constellation adlı barda yanğın baş verdiyi barədə məlumat yayılmışdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.