Çin onlayn xəbərlərə nəzarət etmək üçün bir aylıq xüsusi kampaniya başlayıb.
AzPost bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Pekinin Kiberməkanlarla bağlı işlər üzrə idarəsi onlayn xəbərlərin yayılmasını tənzimləmək, aparıcı media qurumlarının təsirini artırmaq və sağlam internet mühitini formalaşdırmaq məqsədi ilə “Təmiz Paytaxt – Təmiz Mənbələr, Həqiqi Səs” kampaniyasına başladığı bildirilir.
“Kampaniya onlayn xəbər xidmətlərinin qanunsuz fəaliyyətlərinin yaratdığı xaosu ciddi şəkildə yatırmaq və aradan qaldırmaq məqsədi daşıyır”- deyə hesabatda vurğulanır.
Kampaniya zamanı həmçinin lisenziyasız müsahibələr, xəbər toplama, redaktə etmə və nəşr etmək qadağan ediləcək.