Filologiya elmləri doktoru, professor Zemfira Vəliyeva vəfat edib.
AzPost bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.
Z.Vəliyeva Bakı Slavyan Universitetinin müəllimi, filologiya fakültəsinin dekanı idi. O həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Bakı Slavyan Universiteti nekroloq yayıb:
“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.13 Dissertasiya şurasının üzvü, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya üzrə elmlər doktoru, dəyərli alim və pedaqoq Zenfira Əlişah qızı Vəliyeva dünyasını dəyişib.
Zenfira Vəliyeva təkcə alim və müəllim kimi deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən ziyalı, nüfuzlu şəxsiyyət kimi hər zaman xatırlanacaqdır”.
Allah rəhmət eləsin!