ABŞ Meksikadakı hədəflərə zərbələr endirəcək

Vaşinqton Meksikadakı narkokartellərə qarşı mübarizə çərçivəsində quru hədəflərinə zərbələr endirməyi planlaşdırır.

ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bu planlar barədə danışıb.

Tramp bildirib ki, narkokartellər faktiki olaraq Meksikaya nəzarət edir və bu vəziyyət ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, narkotiklər səbəbindən ABŞ-da hər il 250–300 min insan həyatını itirir.

“Biz kartellərlə bağlı quru hədəflərinə zərbələr endirməyə başlayacağıq. Kartellər Meksikanı idarə edir. Bu ölkənin başına gələnləri izləmək çox kədərlidir”, – Tramp vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.