Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dekabr-fevral qrip infeksiyalarının pik həddə çatdığı aylardır

User 09 Yanvar 2026 - 19:35 (Last updated: 09 Yanvar 2026 - 20:23)
qrip

COVID-19 pandemiyasından sonra özündə hər hansı bir narahatlıq hiss edən, qızdırma, öskürək olan vətəndaşlar dərhal panikaya düşürlər ki, bu da koronavirus pandemiyasının həyatımızda yaratdığı bir travmadır. Ümumiyyətlə, dekabr-fevral qrip infeksiyalarının pik həddə çatdığı aylardır. Hər il bu dövrdə yoluxma rəqəmlərində artımları görə bilirik.

Bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

Onun sözlərinə görə, virus infeksiyaları çox insanda yüngül gedişli ola, bəzi yüksəkriskli şəxslərdə isə xəstəlik daha ağır keçə bilər. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə Avropanın qabaqcıl firmalarının istehsal etdiyi qrip əleyhinə vaksin gətirilib və tam ödənişsiz şəkildə vətəndaşların xidmətinə verilib.

“Sentyabr ayından vaksinin vurulmasına görə vətəndaşlara mütəmadi çağırışlar olunur. Vaksinlər, xüsusilə də, yüksək risk qrupuna daxil olan şəxslərə tövsiyə edilir. Xəstəliyi daha ağır keçirənlərə baxanda görürük ki, onların çoxu ya immun sistemi ciddi şəkildə zəifləmiş şəxslərdir, ya da immun sistemi yerində olmasına baxmayaraq, qrip əleyhinə vaksin vurulmamış insanlardır. Bu gün qrip əleyhinə vaksin vurulan vətəndaşlar arasında həmin xəstəliyin çox ağır şəkildə keçməsinə, demək olar ki, şahid olmuruq. Qrip əleyhinə vaksin viruslardan, influenzadan qorunmağın spesifik metodudur. Qeyri-spesifik metodlar var ki, bunlar hər kəsin bildiyi şəxsi gigiyena qaydaları, maskalardan istifadə olunması, xüsusilə də xəstə şəxslərin özünün maska taxması, əl gigiyenasına önəm verilməsi, sosial məsafənin qorunması və özümüzü xəstə hiss etdiyimiz vaxtlarda qapalı yerlərdən qaçmaqdır. Həmin xəstəlik hazırda özünü fərqli klinik əlamətlərlə göstərir. Əsas klassik əlamətləri boğaz ağrısı, qızdırma, öskürək, bəzən burun axıntısıdır. Xəstəliyin daha ağır gedişli hallarında isə pnevmoniyaya, orta qulağın iltihabına, mərkəzi sinir sisteminin, yəni beynin iltihabına qədər gətirib çıxara bilər. Qrip – influenza virusu RNT tərkibli olduğuna görə onun mutasiyası tez-tez müşahidə edilir. Tez-tez mutasiya olunan virusların həm klinikasında fərqli gedişlər ola bilər, bəzən də həmin xəstələrdə daha sürətli şəkildə ağırlaşma hallarının müşahidə edilməsi mümkündür. Bu il gördüyümüz xəstəliklərdə isə yuxarı tənəffüs yolu infeksiyaları daha az müşahidə olunur. Yeni ştam daha çox qızdırma ilə müşahidə edilir və onun çox sürətli şəkildə pnevmoniya yaratmaq riski var. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən influenza virusunun mutasiyası nəzərə alınaraq qrip əleyhinə vaksin hər il ən axırıncı ştamın genomuna uyğun olaraq hazırlanır. Ona görə də bu il vurdurduğumuz peyvənd bizi bir il müddətinə qoruyur. Gələn il viruslar yeni mutasiyaya uğradığına görə bizim yeni bir peyvəndə, vaksinə ehtiyacımız olur”, – deyə mütəxəssis-ekspert qeyd edib.

AzPost.az

Post navigation

Previous: Ermənistan və İran arasında siyasi məsləhətləşmələr keçirilib
Next: Qızılın qiyməti tarixi rekordunu yeniləyib, 4500 dolları ötüb

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.