Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib

User 09 Yanvar 2026 - 20:40 (Last updated: 09 Yanvar 2026 - 20:40)
ve01

Veysəloğlu MMC Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi çərçivəsində növbəti tədbirini təşkil edib.

Layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşları müəyyənləşdirmək, dəyərləndirmək və onların inkişafını təmin etməkdir. Layihə çərçivəsində İdarə Heyəti üzvlərinin iştirakı ilə mentorluq görüşləri keçirilir, əməkdaşların fərdi inkişaf yol xəritəsi hazırlanır.

Layihə çərçivəsində keçirilən növbəti tədbir Veysəloğlu Şirkətlər Qrupunun Mərkəz ofisində baş tutub. Veysəloğlu Distribusiyanın təşkilatçılığı ilə keçirilən görüşdə “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” mövzusu ətrafında müzakirələr aparılıb. Tədbirin əsas məqsədi liderlik potensialına malik əməkdaşların inkişafına yönəlmiş strateji yanaşmanı təqdim etmək, gələcək liderlərin formalaşdırılmasına dəstək olmaq və davamlı liderlik ekosisteminin qurulması istiqamətində görülən işləri iştirakçıların nəzərinə çatdırmaq olub. Tədbirdə Veysəloğlu MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, “Veysəloğlunun Böyümə Strategiyası” mövzusunda çıxış edərək şirkətin uzunmüddətli inkişaf hədəfləri, insan kapitalına verilən önəm və liderlik mədəniyyətinin təşkilati uğurdakı rolu barədə ətraflı məlumat verib. Daha sonra keçirilən panel müzakirəsində İdarə Heyəti üzvləri iştirak edib, gələcəyin liderlik ekosisteminin qurulması ilə bağlı sualları cavablandırıb, öz təcrübə və baxışlarını bölüşüblər. Panel zamanı liderlik bacarıqlarının inkişafı, potensialın düzgün dəyərləndirilməsi, innovativ yanaşmalar və davamlı inkişaf mövzularına xüsusi diqqət yetirilib. Tədbirdə ümumilikdə 80 nəfər əməkdaş iştirak edib. Görüş interaktiv müzakirələr və fəal iştirakla yadda qalıb, iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.

 

AzPost.az

Post navigation

Previous: Qızılın qiyməti tarixi rekordunu yeniləyib, 4500 dolları ötüb
Next: Tanınmış alim Cəmil Səfərov dəfn edildi

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.