Neftçalada avtomobil kanala aşıb, sürücü ölüb.
AzPost bildirir ki, bu barədə Salyanda yaşayan hüquq müdafiçi Emil Məmmədov məlumat verib.
Hadisə Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində, yaşadığı evin yaxınlığında qeydə alınıb.
Neftçala rayon sakini 73 yaşlı Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobil qatı dumanda idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb.
Həlak olan Yaşar Kərimov əvvələr Salyan rayonlararası Psixatiriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.