Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rza Pəhləvi İranda hakimiyyəti ələ keçirməyə çağırdı

User 10 Yanvar 2026 - 19:36 (Last updated: 10 Yanvar 2026 - 19:41)
iran aksi

İran ordusu ölkəni bürüyən kütləvi etirazların yatırmağa hazır olduğunu açıqlayıb.

AzPost bildirir ki, bu barədə WSJ nşri xəbər verir. Hərbçilər milli maraqları, strateji infrastrukturu və dövlət əmlakını qətiyyətlə müdafiə edəcəyini bildirib və iğtişaşlara görə İsraili və terrorçu qrupları günahlandırıblar.

Media xəbərlərinə görə, Tehranda etirazçılar məscidi yandırıblar. İranın bir neçə şəhərində hakimiyyət orqanları etirazçılara atəş açıblar. Təsdiqlənməmiş məlumatlara görə, paytaxtdakı altı xəstəxananın morqlarında 217 nəfərin cəsədi var. Etirazlar ölkə daxilində yayılıb.

İranın devrilmiş Şahının oğlu Rza Pəhləvi isə etiraz edən iranlıları ölkədə hakimiyyəti zorla ələ keçirməyə çağırıb. “Məqsədimiz yalnız küçələrə çıxmaq deyil; məqsədimiz şəhər mərkəzlərini ələ keçirməyə və saxlamağa hazırlaşmaqdır”, – deyə o bildirib.

Rza Pəhləvi İranda ümumi tətil çağırışı edib. “İqtisadiyyatın əsas sektorlarının işçilərini və qulluqçularını ümumi tətilə başlamağa çağırıram”, – deyə o bildirib.

O, əsas sektorlarda – nəqliyyat, neft, qaz və enerji sahələrində çalışan işçiləri ümumi tətilə və bütün vətəndaşları şəhər mərkəzlərini işğal etmək və saxlamaq üçün milli simvollarla küçələrə çıxmağa çağırıb.

“Mən həmçinin milli inqilabımızın qələbə qazandığı zaman sizinlə, böyük İran xalqı ilə birlikdə olmaq üçün vətənimə qayıtmağa hazırlaşıram. İnanıram ki, o gün çox yaxındır”, – deyə Pəhləvi əlavə edib.

AzPost.az

Post navigation

Previous: Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib
Next: Şamaxıda 4 bal gücündə zəlzələ olub

Oxşar xəbərlər

ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.