Pul tələbi borclunun maaşının yarısından çox ola bilməz

Artımlardan sonra 540 manat pensiya alacaqlar
Artımlardan sonra 540 manat pensiya alacaqlar

Tələbin borclunun əməkhaqqına və digər gəlirlərinə yönəldilməsi ilə bağlı məsələlər “İcra haqqında” Qanunun 63-cü maddəsi ilə tənzimlənir.

Qanunvericiliyə əsasən, vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda, tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələb borclunun əməkhaqqına və digər gəlirlərinə yönəldilir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Lakin bəzi hallar istisnadır. Belə ki, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı isə əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.