Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

NATO Arktikada mövcudluğunun gücləndirilməsini təklif edirr

User 12 Yanvar 2026 - 17:00 (Last updated: 12 Yanvar 2026 - 16:06)
NATO Arktikada mövcudluğunun gücləndirilməsini təklif edirr

Avropanın bir sıra ölkələri ABŞ Prezidentinin Qrenlandiya ilə bağlı açıqlamaları nəticəsində yaranan ciddi narahatlıqlar fonunda Arktikada NATO-nun hərbi mövcudluğunun artırılmasını təklif edirlər.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Şimali Atlantikada təhlükəsizlik məsələlərinin NATO çərçivəsində həll olunmasının vacibliyini ifadə edib. Onun sözlərinə görə, dünya dəyişir və yaranan yeni təhlükəsizlik çağırışlarına cavablar isə Alyans daxilində tapılmalıdır.

Böyük Britaniya başda olmaqla bir neçə NATO üzvü “Arktika Keşikçisi” adlı müşahidə missiyasının yaradılmasını irəli sürüb. Bu təşəbbüs ABŞ-ın regionda təhlükəsizliyin zəif təmin edildiyi barədə arqumentlərini zəiflətmək məqsədi daşıyır. Xəbərdə qeyd olunub ki, Böyük Britaniya və Almaniya digər Avropa ölkələri ilə birlikdə Qrenlandiyada Alyansın mövcudluğunun gücləndirilməsi barədə məsləhətləşmələr aparır.

Bu proseslər fonunda ABŞ Prezidentinin mövqeyində dəyişiklik müşahidə olunmur. O, Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçirilməli olduğunu bildirib və bunu Rusiya və Çindən gələn təhlükə ilə əsaslandırıb. Donald Tramp adanın uzunmüddətli nəzarətə götürülməsinin vacibliyini vurğulayaraq, zor tətbiqi ehtimalını da istisna etməyib.

Danimarkanın Baş naziri Mette Frederiksen isə ABŞ-ın bir NATO üzvünə hücumunun Alyans üçün ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

AzPost.az

Post navigation

Previous: Aliment ödəməyənlərin sayı artıb
Next: Bakıya sulu qar yağacaq

Oxşar xəbərlər

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.