Ağdamda əkin sahəsində meyit tapılıb

Ağdamda əkin sahəsində kişi meyiti tapılıb.

APA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 1986-cı il təvəllüdlü Taleh Məmmədov olduğu bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.