Bu ölkədə bütün KFC restoranları bağlanıb

Rusiyada KFC brendi altında fəaliyyət göstərən restoranların hamısı fəaliyyətini dayandırıb. AzPost xəbər verir ki, bu barədə RBC “Yunirest” şirkətinə istinadla məlumat yayıb.

Məlumata görə, ölkə üzrə KFC-nin keçmiş restoranlarının tam rebrendinq prosesi başa çatdırılıb və hazırda həmin obyektlər yalnız Rostic’s adı altında fəaliyyət göstərir. Beləliklə, Rusiyanın xəritəsində KFC brendi ilə fəaliyyət göstərən heç bir restoran qalmayıb.

“Yunirest” şirkətinin mətbuat xidmətindən bildirilib ki, hazırda bütün restoranlar yeni yerli brend çərçivəsində işləyir və inkişaf etdirilir. Qeyd olunur ki, Rostic’s şəbəkəsi — həm özünə məxsus, həm də françayzinq əsasında fəaliyyət göstərən obyektlər daxil olmaqla — artıq 1300-dən çox restorandan ibarətdir.

KFC restoranlarının tamamilə yoxa çıxması ilə bağlı məlumatı 2GİS xəritə xidmətinin nümayəndəsi də təsdiqləyib. Onun sözlərinə görə, xəritələrdə edilən dəyişikliklər idarəedici şirkətin rəsmi məlumatları əsasında həyata keçirilib.

Xatırladaq ki, bundan əvvəl Rusiyada daha bir tanınmış Amerika fastfud şəbəkəsi — Subway də rebrendinqə gedib. Məlumata əsasən, bu restoranlar artıq Subjoy adı ilə fəaliyyət göstərəcək. Rebrendinq mərhələli şəkildə aparılacaq və bütün ölkə üzrə satış nöqtələrini əhatə edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.