Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Psixoloq illik hədəflərin niyə reallaşmadığını izah edib

Orkhan Ali 15 Yanvar 2026 - 09:12 (Last updated: 15 Yanvar 2026 - 08:57)
1

İlin əvvəlində qoyulan bir çox məqsədin zamanla həyata keçməməsinin əsas səbəblərindən biri insanın öz daxili qorxularıdır. AzPost xəbər verir ki, neyropsixoloq Yekaterina Orlova bu mövzuda açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, insanlar böyük hədəflər müəyyən edərkən tez-tez özlərinə inamsızlıq hissi yaşayırlar. Bu zaman insanın beynində qoruyucu mexanizm işə düşür və mümkün uğursuzluq, məyusluq və yorğunluqdan qaçmaq üçün planların icrasına mane olur.

Psixoloq bildirib ki, xüsusilə zehni fəaliyyətlə bağlı yeni başlanğıclar orqanizm üçün ciddi enerji tələb edir. Beyin isə bu yükü risk kimi qəbul edərək, insanı passivliyə sürükləyir və nəticədə məqsədlər təxirə salınır və ya tamamilə unudulur.

Yekaterina Orlova hesab edir ki, bu vəziyyətdən çıxış yolu böyük və iddialı məqsədləri kiçik, sadə və təkrarlanan addımlara bölməkdir. Onun fikrincə, insan diqqətini uzaq nəticəyə deyil, gündəlik görülə bilən işlərə yönəltməlidir.

Mütəxəssis vurğulayıb ki, nəticənin özünü deyil, həmin nəticəyə aparan gündəlik prosesi sevmək daha vacibdir. Məhz bu yanaşma qorxu hissini azaldır və məqsədlərin reallaşma ehtimalını artırır.

Psixoloqun sözlərinə görə, burada əsas məsələ ideal sonluq yox, bu gün atılan kiçik, amma davamlı addımlardır.

AzPost.az

Post navigation

Previous: Bu ölkədə bütün KFC restoranları bağlanıb
Next: Professor xroniki böyrək xəstəliyinin niyə təhlükəli olduğunu açıqlayıb

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.