1 aydan sonra başçısı işdən çıxarılan İcra Hakimiyyəti ilə bağlı xəbər var

Nəsimi rayon İcra Hakimiyyətində 7 boş vakansiya var. AzPost RİH-in rəsmi saytına istinadla xəbər verir ki, hazırda Aparatda başçının müavini, sektor müdiri-baş mühasib, başçının köməkçisi, Hüquq şöbəsinin müdiri, iki baş məsləhətçi və sürücü ştatı boşdur.

Xatırladaq ki, ötən ilin dekabr ayının 29-u Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.İbrahimov bu ilin noyabr ayının 12-də müvafiq sərəncamla həmin vəzifəyə təyin edilmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.