Rusiyada miqrantlardan deportasiya pulu ödəmək tələb oluna bilər.
AzPost bildirir ki, bu barədə Rusiya Dövlət Dumasında təklif verilib. Deputat Mironov miqrantlardan deportasiya xərclərini əvvəlcədən ödəmələrini tələb etməyi təklif edib.
Deputatın sözlərinə görə, miqrantlar bu ödənişi ölkəyə daxil olduqdan dərhal sonra edə bilərlər.
2025-ci ildə hakimiyyət orqanları miqrantların Rusiyadan deportasiyasına 830 milyon rubl xərcləyib.