Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AZAL İstanbulun bu hava limanına uçuşları dayandırır – Sərnişinləri nə gözləyir?

User 16 Noyabr 2026 - 09:28
AZAL

AZAL

“Azərbaycan Hava Yolları” (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı–İstanbul marşrutu üzrə bütün reyslərini yalnız İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirəcək.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir. Beləliklə, Bakıdan İstanbula uçuşlar Sabiha Gökçen hava limanından deyil, İstanbulun əsas beynəlxalq hava limanından təşkil olunacaq.

Şirkət qərarın məqsədinin uçuşların təşkilində səmərəliliyi artırmaq və sərnişinlərə daha geniş səyahət imkanları yaratmaq olduğunu açıqlayıb. Bildirilib ki, İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sərnişinlərə növbəti uçuşlarını planlaşdırmaq üçün daha əlverişli şərait yaradacaq.

Qeyd edək ki, Türkiyə mediasında AZAL-ın 2027-ci ilin əvvəlindən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşları dayandıracağı barədə məlumatlar yayılıb.

AZAL Bakı–Sabiha Gökçen reyslərinə 2012-ci ilin mayında başlamışdı. Beləliklə, aviaşirkət təxminən 15 il davam edən bu istiqamətdəki fəaliyyətini başa çatdırır.

Qərar İstanbulun Anadolu yaxasında yerləşən Sabiha Gökçen hava limanından istifadə edən sərnişinlər üçün dəyişikliyə səbəb olacaq. Bundan sonra onlar AZAL-la İstanbula uçarkən şəhərin Avropa yaxasında yerləşən İstanbul Beynəlxalq Hava Limanından istifadə etməli olacaqlar.

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08

xƏBƏR

AZAL
  • Sosial

AZAL İstanbulun bu hava limanına uçuşları dayandırır – Sərnişinləri nə gözləyir?

User 16 Noyabr 2026 - 09:28
“Azərbaycan Hava Yolları” (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı–İstanbul marşrutu üzrə bütün reyslərini yalnız İstanbul Beynəlxalq...
Read more about AZAL İstanbulun bu hava limanına uçuşları dayandırır – Sərnişinləri nə gözləyir?
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Noyabr 2026 - 09:20
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.