Təsisçi qeydiyyat zamanı siyasi şəxs olub-olmaması barədə məlumat verməlidir-QƏRAR

Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda edilmiş dəyişiklikləri təsdiqləyib. 

AzPost bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na 3.1.6-1-ci yarımbəndi əlavə edilib. Həmin yarımbəndə görə, “qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, benefisiar mülkiyyətçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar” Dövlət reyestrinə daxil edilməlidir. 

Ondan əvvəl gələn 3.1.6. bəndinə görə, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı, təsisçi dövlətdirsə, təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyədirsə, bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında məlumatlar dövlət reysterinə daxil edilməlidir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.