Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi

User 18 Noyabr 2026 - 10:06
ramiz

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev 14 il şərti cəza ilə razılaşmır.

“Qafqazinfo” xəbər verir ki, “boz kardinal” Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Şikayət ərizəsində Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, əməllərinə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılması xahiş edilib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik prosesin nə vaxt keçiriləcəyi bilinmir.

Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səs yazılarını yayıb.

Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu
Next: Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama

Oxşar xəbərlər

DIN
  • Sosial

Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu

User 18 Noyabr 2026 - 10:02
teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18

xƏBƏR

putin cin
  • Dünya

Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb

User 18 Noyabr 2026 - 10:16
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti...
Read more about Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb
Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı suni intelekt is
  • Maraqlı

Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı

User 18 Noyabr 2026 - 10:14
Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama Yumurta
  • Maraqlı

Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama

User 18 Noyabr 2026 - 10:07
Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi ramiz
  • Sosial

Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi

User 18 Noyabr 2026 - 10:06
Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu DIN
  • Sosial

Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu

User 18 Noyabr 2026 - 10:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.