İlon Mask yeni “Starlink” peyklərini orbitə çıxarıb

“SpaceX” bazar ertəsi “Starlink” qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 29 ədəd minipeyki orbitə çıxarıb.

“SpaceX” şirkətinin məlumatına görə, “Falcon 9” daşıyıcı raketi bazar günü ABŞ-ın Şərq sahili vaxtı ilə saat 18:31-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən 40 nömrəli Buraxılış Kompleksindən start götürüb.

Qeyd edək ki, “SpaceX” 2019-cu ilin mayından bəri kosmik fəzaya ümumilikdə 10,9 mindən çox peyk buraxıb. Hazırda onların 9,5 mindən çoxu işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Şirkət növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 34 minə çatdırmağı planlaşdırır.

Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40-dan çox ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də istifadə edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.