Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycana 275 milyon 626 min ABŞ dolları dəyərində 1 milyon 267.3 min ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə həcm baxımından 1.9% və ya 24.7 min ton, məbləğ baxımından isə 1.5% və ya 4.1 milyon ABŞ dolları azdır.

Xatırladaq ki, ötən il buğda idxalı Azərbaycanın ümumi idxalının 1.13%-nə bərabər olub.

Qeyd edək ki, ötən il Rusiya və Qazaxıstandan idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 369.7 manat təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.