Tramp Kanadanı 100 faizlik rüsumlarla hədələdi

Əgər Ottava Çinlə ticarət razılaşmasına nail olarsa, Vaşinqton Kanadaya 100 faiz dərəcəsində rüsumlar tətbiq edəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp “X” sosial şəbəkəsində yazıb.

“Əgər qubernator Karni Kanadanı Çinin ABŞ-a mal və məhsul göndərməsi üçün giriş limanına çevirə biləcəyini düşünürsə, o zaman ciddi şəkildə yanılır”, – deyə o bildirib.

“Əgər Kanada Çinlə razılaşma əldə edərsə, dərhal ABŞ-a göndərilən bütün Kanada mal və məhsullarına 100 faiz tarif tətbiq olunacaq”, – deyə D.Tramp qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.