Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

Futbol oyunu zamanı meydançaya silahlı hucum edildi –

User 27 Yanvar 2026 - 19:52 (Last updated: 27 Yanvar 2026 - 19:52)
futbol hucum esas

Meksikanın Salamanka şəhərində futbol matçından sonra silahlı şəxslər kütləvi atışma törədiblər. Nəticədə bir neçə nəfər ölüb.

AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumatda deyilir ki, Meksikanın Salamanka şəhərində futbol matçından sonra qanlı hücum baş verib. Bir qrup silahlı şəxs meydançaya atəş açıb. Atışmada 11 nəfər ölüb, ən azı 12 nəfər müxtəlif dərəcələrdə yaralanıb. Hücumun səbəbi və motivi hələ də məlum deyil.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə uzun müddətdir regionu bürüyən zorakılıq dalğasının nümayişidir. Salamanka meri Sezar Prieto hadisəni ciddi sosial böhran kimi xarakterizə edərək, cinayətkar qrupların şəhərdə nəzarəti ələ keçirməyə çalışdığını, lakin hakimiyyət orqanlarının buna qarşı çıxmaqda qərarlı olduğunu vurğulayıb.

“Bu hadisə, təəssüf ki, ştatımızda, xüsusən də Salamankada davam edən zorakılıq dalğasını daha da şiddətləndirir”, – deyə o bildirib.

Quanaxuato ştatının Baş Prokurorluğu genişmiqyaslı araşdırmanın başlandığını elan edib. Bələdiyyə, ştat və federal səviyyələrdə hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndirmək, yerli sakinləri qorumaq və hücuma görə məsul şəxsləri müəyyən etmək üçün səyləri əlaqələndirir. Reuters-in qeyd etdiyi kimi, Guanajuato uzun müddətdir ki, mütəşəkkil cinayətkar qrupların fəaliyyəti səbəbindən Meksikanın ən təhlükəli ştatlarından biri hesab olunur.

AzPost.az

Post navigation

Previous: Hindistan Rusiyadan gündəlik neft alışını azaldır
Next: “İran razılığa gəlməyə hazırdır” –

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.