Azərbaycan ötən il 326 milyon dollarlıq qızıl ixrac edib

Qızıl
Qızıl

Ötən il Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 54% və ya 114,4 milyon ABŞ dolları çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9% və ya 4 milyon ABŞ dolları çoxdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.