Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin oğlu Liviyada öldürülüb.
AzPost bildirir ki, bu barədə Seyf əl-İslam Qəddafinin ailəsinə yaxın mənbələr Əl-Ərəbiyyə və Reuters agentliyinə məlumat veriblər.
Əl-Ərəbiyyə mənbəyinin məlumatına görə, Seyf-əl Qəddafi qərbdəki Əz-Zintan şəhəri yaxınlığında dörd hücumçu tərəfindən öldürülüb.
Mənbə qeyd edib ki, cinayətkarlar onun bağçasında vurduqdan sonra tez bir zamanda qaçıblar.