“Mərkəzi Bank uçotu dərəcəsini endirir, bəs kredit faizləri niyə azalmır?” –Ekspert ŞƏRHİ

Mərkəzi Banka yeni baş direktor
Mərkəzi Banka yeni baş direktor
Mərkəzi Bank  uçot dərəcəsini 6,5 %-ə endirdiyi barədə məlumat yayıb.
AzPost bildirir ki, iqtisadçı ekspertlərin fikrincə, bu qərarlar bank faizlərinin aşağı düşməsinə təsir göstərmir.
Ekspert Rövşən Ağayevin sözlərinə görə, Mərkəzi Bank  çox tez-tez işlətdiyi “transmissiya” terminini işlədir.
Bunun mənası Mərkəzi Bank qərarlarının real iqtisadiyyata ötürülməsidir: “Nəzəri və praktik baxımdan bazar mexanizmlərinin işlədiyi iqtisadiyyatlarda mərkəzi banklar uçot dərəcəsini azaldanda kreditdlər ucuzlaşlamalıdır. Yəni, bizim sevimli “transmissiya”nın əsas nəticələrindən biri də bu olmalıdır”.
Ekspertin fikrincə, Azərbaycanda bu məsələ fərqlidir.
Məsələn, Azərbaycanda 2018-ci ilin sonunda uçot dərəcəsi 9,75% , həmin dövrdə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 15,9% olub. 2025-ci ilin sonunda uçot dərəcəsi olub 6,75%, həmin dövrdə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 17,7% faiz olub.
Ekspertin qənaətincə bu onu göstərir ki, bankların riskləri çox artıb və bank sektoru dar çərçivədə fəaliyyət göstərir.
“Amma bunun da məsuliyyətini daşıyan əsas qurum elə Mərkəzi Bankdır”-deyə R.Ağayev vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.