Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Dünyada nə qədər pul var?

User 08 Fevral 2026 - 12:50 (Last updated: 08 Fevral 2026 - 11:35)
dollar

Pul qlobal iqtisadiyyatın əsas dayağıdır, lakin onun dəqiq həcmini hesablamaq mümkün deyil. Səbəb pulun müxtəlif formalarda – nağd vəsait, bank hesabları, əmanətlər, investisiya alətləri və rəqəmsal aktivlər şəklində mövcud olmasıdır. Buna baxmayaraq, mövcud statistikalar dünyadakı pul kütləsi barədə ümumi mənzərə yaratmağa imkan verir.

Valyuta.az xəbər verir ki, “RankRed” analitik platformasının 2026-cı il üzrə hesablamalarına görə, dünyada mövcud olan ümumi pul həcmi təxminən 123 trilyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu göstəriciyə dövriyyədə olan nağd pul, banklardakı vəsaitlər, əmanətlər, investisiya fondları və pul bazarı alətləri daxildir.

Pul kütləsi mərkəzi banklar tərəfindən M0, M1 və M2 göstəriciləri ilə ölçülür. Hazırda yalnız fiziki pul dövriyyəsini əhatə edən M0 təxminən 8,3 trilyon dollar, nağd pul və cari hesabları əhatə edən M1 isə 50 trilyon dollar həcmində qiymətləndirilir. Daha geniş anlayış olan M2 göstəricisi isə qlobal miqyasda 123 trilyon dollara yaxınlaşır. ABŞ-ın mərkəzi bankı olan “Federal Reserve” 2006-cı ildən etibarən M3 göstəricisini ayrıca açıqlamır.

Xatırladaq ki, dünyada pul anlayışı yalnız bank hesabları ilə məhdudlaşmır. 2025-ci ilin sonuna dünya üzrə səhm bazarlarının ümumi dəyəri 126 trilyon dolları ötüb. Ən böyük pay ABŞ-ın payına düşür. Bundan da böyük sərvət isə daşınmaz əmlak sektorunda cəmlənib – qlobal daşınmaz əmlak bazarının dəyəri 380 trilyon dollara yaxın qiymətləndirilir.

Rəqəmsal aktivlər də qlobal maliyyə sistemində yer tutur. “CoinMarketCap”ın məlumatına görə, 2025-ci ildə kriptovalyuta bazarının ümumi həcmi təxminən 4 trilyon dollar olub. Bu, ümumi qlobal sərvətlə müqayisədə hələ də kiçik pay deməkdir.

Bununla yanaşı, qlobal sərvət bərabər paylanmayıb. Araşdırmalar göstərir ki, dünyanın ən varlı 1%-i ümumi sərvətin yarıdan çoxuna nəzarət edir. “Forbes”in məlumatına görə, dünyada 3 mindən çox milyarder var və onların ümumi sərvəti 16 trilyon dollardan artıqdır.

Ekspertlər hesab edirlər ki, gələcəkdə pulun ümumi həcmi artmağa davam edəcək, lakin nağd pulun payı azalacaq. Rəqəmsal ödənişlər, mobil bankçılıq və mərkəzi bankların rəqəmsal valyutaları qlobal maliyyə sistemində daha böyük rol oynayacaq.

AzPost.az

Post navigation

Previous: Bakıda söküntü zamanı hansı hallarda pul və ya mənzil verilir?
Next: Lənkəranda Müslüm Maqomayevin yaşadığı evi söküb bank tikiblər

Oxşar xəbərlər

bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05

xƏBƏR

ferrari01
  • Sosial

Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO

User 13 Noyabr 2026 - 09:13
Nadir rast gəlinən Ferrari Daytona SP3 superkarı ABŞ-ın Las-Veqas şəhərində keçirilən Broad Arrow hərracında 18,54 milyon dollara...
Read more about Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO
“İrana qarşı zərbələri tərəddüdsüz bərpa edəcəyəm” – Tramp tramp
  • Dünya

“İrana qarşı zərbələri tərəddüdsüz bərpa edəcəyəm” – Tramp

User 13 Noyabr 2026 - 08:58
İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb ilham avropa iti prez
  • Siyasət

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

User 13 Noyabr 2026 - 08:54
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb ilham britan as nazir
  • Baş Yazı

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

User 13 Noyabr 2026 - 08:51
Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.