ABŞ və Ukrayna nümayəndələri mart ayına qədər hazırlanacaq sülh müqaviləsi layihəsinin cədvəlini, ardınca isə may ayında Ukraynada referendum və seçkilərin keçirilməsini müzakirə ediblər.
AzPost bildirir ki, bu barədə Reuters agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat verib.
“Ukrayna və Amerika rəsmiləri mart ayına qədər Rusiya ilə müqavilə layihəsini, eləcə də bu barədə referendum və may ayında Ukraynada seçkiləri əhatə edən cədvəli müzakirə ediblər”- deyə xəbərdə vurğulanır.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə danışıqların yaxşı irəlilədiyini açıqlayıb.
Bir müddət əvvəl Kiyevdən Vladimir Zelenski ABŞ-ın iyun ayının əvvəlinə qədər Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün səy göstərdiyini bildirmişdi. O əlavə edib ki, qarşıdan gələn seçkilər və Konqresin fəaliyyəti kimi daxili siyasi vəziyyət Vaşinqtonun qərarlarına təsir göstərə bilər.