Avropa İttifaqı Rusiya nefti ilə bağlı Gürcüstana sanksiya tətbiq edir

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketinin bir hissəsi olaraq Rusiya nefti ilə bağlı əməliyyatlara görə 42 tankeri qara siyahıya salmağı planlaşdırır. Həmçinin ilk dəfə olaraq üçüncü ölkələrin – İndoneziya və Gürcüstanın limanlarına sanksiyalar tətbiq etmək niyyətindədir.

AzPost -un məlumatına görə, bu barədə Reuters agentliyi Avropa Komissiyasının təsdiq üçün Aİ üzv dövlətlərinə təqdim etdiyi sənədə istinadən bildirib.

Agentliyin məlumatına görə, sanksiyalar Gürcüstandakı Kulevi terminalına və İndoneziyanın Karimun limanına aiddir. Bundan əlavə, agentlik iddia edir ki, Aİ Tacikistan, Laos və Qırğızıstan banklarına sanksiyalar tətbiq etmək və iki Çin bankına qarşı sanksiyaları ləğv etmək niyyətindədir.

Avropa Komissiyası əvvəllər 20-ci paketdə ilk dəfə olaraq Rusiya neftinin dəniz nəqliyyatı ilə bağlı hər hansı əməliyyata tam qadağa qoymağa çalışacağını açıqlamışdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.