Səfərbərlik Xidmətinin qulluqçuları təltif olunub

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

“Vətən uğrunda” medalı ilə

Qarayev Natiq Sahib oğlu – general-mayor

Cəfərov Elməddin Qulu oğlu – polkovnik

Quliyev İslam Ramiz oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Hidayev Əziz Şahmurad oğlu – polkovnik

Abbasov Hikmət Zahid oğlu – mayor

Əliyeva Samirə Təşkilat qızı – mayor

“Tərəqqi” medalı ilə

Sədrətdinov Pərviz Həsən oğlu.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.