Ukraynada müharibənin qısa müddətdə başa çatması ehtimalı azdır –Çexiya prezidenti

Çexiya prezidenti Petr Pavel bildirib ki, Rusiyanın mövqeyinə görə Ukraynadakı müharibəyə son qoymaq üçün qısa müddətdə razılaşma əldə etmək mümkün deyil.

Azpost.info-nun məlumatına görə, medianın Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqları faydasız hesab edib-etmədiyi barədə sualına Pavel cavab verib ki, hər şey onların nəticəsi ilə bağlı gözləntilərdən asılıdır.

“Əgər kimsə Ukrayna, Avropa ölkələri, ABŞ və Rusiya arasında qısa müddətdə razılaşma əldə olunacağına ümid edirdisə, bu, şübhəsiz ki, sadəlövhlükdür”, – deyə Pavel bildirib.

“Tarix bizə öyrədir ki, danışıqlar yalnız hər iki tərəf nisbətən əlverişli mövqedə olduqda uğurlu ola bilər. Əgər bu belə deyilsə, onda əlverişli mövqedə olan tərəflərdən biri həmişə münaqişəyə son qoymaq əvəzinə, onu uzatmağa meylli olacaq”, – deyə o qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.