2026-cı ilin yanvar ayında Azərbaycan 129 932.80 ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 28 milyon 872 min ABŞ dolları təşkil edib.
2025-ci ilin ilk ayında isə Azərbaycana 18 milyon 695 min dollar dəyərində 86 654.05 ton buğda idxal edilmişdi.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 50%, dəyər baxımından isə 54.4% artıb.