ABŞ Venesueladan 50 milyon barel neft alıb və bu neft Texasın Hyuston şəhərinə çatdırılacaq.
Azpost.info bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Corciya ştatındakı polad zavodunda tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Venesuela ilə əla münasibətlərimiz var. Biz onlara neftlə kömək edirik; onların çoxlu nefti var. Bizim də çoxlu neftimiz var, amma biz onlara çox kömək edirik. Biz 50 milyon barel neft almışıq və hazırda nəhəng gəmilər onu Hyustona daşıyır”, – deyə Tramp bildirib.
3 yanvarda Vaşinqton Karakasda hərbi əməliyyat keçirdiyini və nəticədə Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ qüvvələri tərəfindən ələ keçirildiyini bildirib.