Avropa İttifaqına qoşulmaq perspektivi Kiyevi ərazi güzəştlərinə getməyə inandıra bilər.
“Die Welt” qəzeti bu barədə avropalı diplomatlara istinadla məlumat yayıb. Məlumata görə, Brüssel də Ukraynanın Avropa İttifaqına daxil olması üçün sürətləndirilmiş prosesə razı ola bilər. Çünki Kiyevin standart proseduru tamamlamaq üçün vaxtı yoxdur və Ukrayna qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə səyləri baxımından Avropa İttifaqı üzvlərindən xeyli geridədir.
Ekspertlərin fikrincə, Kiyevin 2030-cu ilədək Avropa İttifaqına üzvlüyü praktiki olaraq həll olunub.