Cari ilin yanvar ayında Azərbaycan 16 milyon 180,8 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 6,06 faiz azdır.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 3 milyon 914,6 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 2,72 dəfə artım deməkdir.
Yanvarda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,18 faizini, idxalı isə ümumi idxalın 1,24 faizini təşkil edib.