“Rusiya bizə güzəşt yox, ultimatum verir” –ZELENSKİ

“Kiyev ərazi məsələsinin həllində “hərə öz mövqeyində dayansın!” prinsipini tətbiq etməyə hazır olmağı böyük güzəşt hesab edir“.

Azpost.info bildirir ki, bu sözləri Prezident Vladimir Zelenski Yaponiyanın Kyodo xəbər agentliyinə verdiyi müsahibədə deyib.

“Biz real kompromislərə hazırıq. Amma müstəqilliyimiz və suverenliyimiz bahasına kompromislərə yox. Biz ABŞ ilə kompromisləri müzakirə etməyə hazırıq, lakin ruslardan təkrar ultimatumlar almaq hesabına yox! Onlar təcavüzkardır”, – deyə Zelenski bildirib.

Prezident bildirib ki Kiyevin güzəşti odur ki, biz təcavüzkarla kompromislərdən danışırıq: “Mövqelərimizdə dayanaq!” artıq böyük bir kompromisdir. Onlar ərazimizin demək olar ki, 20%-ni ələ keçiriblər. Biz indi “mövqeyimizdə dayanaq!” prinsipinə əsaslanaraq sülh haqqında danışmağa hazırıq. “Bu, böyük bir kompromisdir.”

Zelenski həmçinin Rusiyanın Rusiya qoşunları tərəfindən işğal edilməmiş ərazilər də daxil olmaqla, bütün Donbas ərazisini geri qaytarmaq tələbini ultimatum kimi təsvir edib. “Rusiya bizə kompromis olaraq nə təklif edir? Onlar nə etməyə hazırdırlar? Onlar dedilər ki, “Biz sizin digər bölgələrinizi işğal etməməyə hazırıq.” Bu, kompromis deyil. Bu, ultimatumdur”, – deyə o bildirib.

Ərazi məsələsinin Moskva ilə Kiyev arasında danışıqlarda heç bir irəliləyiş əldə olunmayan əsas fikir ayrılığı olaraq qalır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.